Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının Kraliçası II Yelizavetaya Azərbaycan Res­publikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

ARAF-dan “Aktualtv.az”a verilən məlumata görə, kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birlikdə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəl­ləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.

Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkür edib, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1956-cı ildə Nikita Xruşşov kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) artıq Qarabağ atı hədiyyə edib. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Amma onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib.

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi
Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi
Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi
Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]