“44 günə işğalçılara qalib gəldik, 344 aydır AZAL-a yox” – İqtisadçı

“İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən. Söhbət analoqu olmayan AZAL-dan gedir”.

Aktualtv.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərərlə başa vurub, halbuki 2020-ci ildə AZAL hökumətdən COVID-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya alıb:

“Bundan başqa, AZAL-ın 2,2 milyard manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur. Bu vəsaiti AZAL heç qaytarmayacaq, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]