Bərdənin Icra Hakimiyyətinin Başçısı Vidadi İsayevə Yaxın Olan Məktəb Direktorunun Həbsi Gözlənilir

Aktualtv.az xəbər verir ki, söhbət Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Aysel Yusif qızı Bayxanovadan gedir.

Aysel Bayxanova haqqında indiyədək dəfələrlə mətbuatda müxtəlif xəbərlər yayılıb. Həmin xəbərlərdə məktəb direktorunun qanunsuz fəaliyyətindən bəhs edilir.

Məktəb direktoru medianın diqqətinə həm də rayonda tikdirdiyi obyektlər, bahalı evləri, sürdüyü bahalı maşınlar və Bərdənin icra başçısı Vidadi İsayevin hər vəchlə onu himayə etməsi ilə gündəmə gəlmişdi.

Aysel Bayxanova haqqında elə direktoru olduğu məktəbin işçilərindən tərəfindən müxtəlif vəzifə pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər edilmişdir. Onun icra başçısı tərəfindən himayə edilməsinə baxmayaraq, mətbuatdan dərc edilən yazılardan sonra prokurorluq hərəkətə keçib.

Belə ki, Aysel Bayxanova haqqında Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalara başlanılıb.Azərbaycan Reallığı.com

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]