Polad Həşimovun anası AzTV-nin canlı efirində ayaqüstə alqışlandı – VİDEO

Azərbaycan Televiziyasında yayımlanan VIII “Muğam” müsabiqəsində təsirli anlar yaşanıb.

Aktualtv.az AzTV-yə istinadən xəbər verir ki, müsabiqənin ikinci həftəsinin ilk gününün fəxri qonaqları Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, qardaşı İlham Həşimov olublar.

Yarışmanın aparıcıları Milli Qəhrəmanın ailə üzvlərini təqdim etdikdə tamaşaçılar onları ayaq üstündə alqışlayıblar.

Televiziya müsabiqəsinin fəxri qonaqları arasında Vətən müharibəsinin bir qrup iştirakçısı da olub. Tamaşaçılar onları da alqışlayaraq ehtiramlarını bildiriblər.

Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]