Ukraynada 3 752 dinc sakin öldürülüb – BMT 

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb. 

Aktualtv.az xəbər verir ki, məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi yayıb. 

Məlumatda bildirilir ki, 1 406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1 169-u yaşlı olmaqla, 3 752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb. 

Donetsk və Luqansk vilayətlərində Ukraynanın nəzarətində olan ərazidə 1 926 dinc sakin öldürülüb, 1 648 sakin yaralanıb. 

Məlumata görə, hərbi müdaxilə ərzində 250 uşaq öldürülüb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]