Avroliqanın qalibi müəyyənləşdi – Yenilənib

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

Aktualtv.az xəbər verir ki, final matçında Almaniyanın “Ayntraxt” və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gələcək.

Həlledici matç İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Avropa Liqası

Final

18 may

23:00. “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, “Ramon Sançes Pisxuan” stadionu.

***

Bu gün Avropa Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib.

Həlledici matçda “Ayntraxt” (Frankfurt, Almaniya) “Reyncers”lə (Şotlandiya) üz-üzə gəlib.

İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Ayntraxt” daha dəqiq olub (5:4) və Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, Avropa Liqasının son qalibi “Vilyarreal” (İspaniya) olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]