Hər bir Putin lobbiçisini belə aqibət gözləyir – Podolyak

Şröderə qarşı sanksiyalar Almaniya hakimiyyətinin Avropada Putinin maraqlarının lobbiləşdirilməsinə təbii reaksiyasıdır.

Aktualtv.az  xəbər verir ki, bu barədə  Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.

“Avropa sanksiyaları və şəxsi imtiyazlardan məhrumetmə Almaniyanın keçmiş kansleri Gerhard Sröderin şərəfsiz sonudur. Sonda həmişə hesabları ödəməlisən. Öz xalqına və tarixinə etinasızlıq Putinin hər bir lobbiçisinin taleyidir” – Podolyak yazıb.

Xatırladaq ki, bundan əvvəl Bundestaqın büdcə komitəsi keçmiş kansler Gerhard Şröderi bəzi xüsusi hüquqlardan məhrum etmişdi. Sanksiyalar onun Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəkləməsi ilə əlaqədar tətbiq edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]