Muxtar Babayev türkiyəli nazirlə görüşdü

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən “Aktualtv.az”a verilən məlumata görə, 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi  sərgiləri çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]