Zülfiyyə Nuriyeva
“Sosial-İqtisadi və Kənd Təsərrüfatının
inkişafına Dəstək”i/b sədri.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların, vətəndaş məmnunluğuna xidmət etməsi prinsipi əsas prioritetlərdəndir.
Azərbaycanın 44 Günlük Vətən Müharibəsindən sonra nazirliyin xüsusilə həssas qruplara fokuslanan fəaliyyəti cəmiyyətdə ictimaiyyət tətəfindən yüksək qiymətləndirilir.Şəhid ailələrinə diqqət və qayğının yüksək səviyyəsi,ailələin mənzil,avtomobil təminatları,Qazilərin ölkəmizdə və digər xarici dövlətlərdə müalicəsi,müasir texnologiyalı protezlərlə təmin edilməsi ƏƏSMN tərəfindən həyata keçirilən əsas məqsədlərdəndir.
Cənab Prezident İlham Əliyevin Fərmanı ilə 9 avqusi 2018-ci ildə Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan ,Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi-DOST Agentliyi 154 dövlət sosial xidmətlərinin vahid platformadan,”bir pəncərə” sistemi vasitəsilə şəffaf,operativ,rahat,nəzakətlilik prinsipi və çox sadə prosedurlar əsasında vətəndaş məmnunluğuna xidmət göstərən qurumların fəaliyyəti ƏƏSMN-nin uğurlarına əlavə edilmişdir.
Vətəndaşın birbaşa təmasda olduğu yüklü sahəsi olan, hər bir vətəndaşın müraciət edəcəyi, uşaqdan,böyüyə qədər yararlana biləcəyi Sosial Müdafiə sahəsində vətəndaş məmnunluğunun təminatı yüksək səviyyədə həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər qurum Dövlət Sosial Müdafiə Fondu və DOST Agentliyi vətəndaş məmnunluğuna xidmət göstərən uğurlarına görə bu ilin ötən dövründə 8 nüfuzlu beynəlxalq mükafatla təltif edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayev öz çıxışlarında hər zaman vətəndaş məmnunluğunun sosial xidmətlərin əsas prinsipini təşkil etdiyini vurğulayır.Bu sahədə inovvativ xidmət modelinin təltif edildiyi beynəlxalq mükafatlar sosial xidmət sahəsinin “inzibati” yanaşma modelindən “vətəndaşlara xidmət” modelinə keçidinin bariz nümunəsidir.