Vətən Müharibəsinin şəhidi Əli Seyran oğlu Nəcəfovun adını daşıyan neft tankeri istifadəyə verildi 

Tanker Bolqarıstandan dünya sularına buraxıldı. Uzunluğu 140 metr, genişliyi 17 metr genişliyində olan tankerin yükdaşıma qabiliyyəti 7000 dwt-dir.

Bolqarıstanın Varna şəhərindəki “Terem Shipyard” tərsanəsində olan gəmidə son təmir işləri aparıldıqdan sonra istismara verilən tanker ilk yükünü almaq üçün suya buraxıldı.

Tanker Türkiyəyə gələn də şəhidimizin yaxınları, ailəsi dəvət ediləcək, gəmi ilə tanış olacaqlar. Sonda tankerin səfəri davam edəcək.

Qeyd edək ki, Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. 2016-2020-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakültəsində «Maliyyə və İqtisadiyyat» ixtisası üzrə ali təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Əli Nəcəfov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı naminə gedən döyüşlərdə savaşıb. Əli Nəcəfov oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyran oğlu Nəcəfov ölümündən sonra «Vətən uğrunda» və 25 dekabr 2020-ci il tarixli digər Sərəncamına əsasən «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib. Şəhid Masallı rayonunun Tüklə kəndində dəfn olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]