Baş məşqçinin qızıl medalı OĞURLANDI

İtaliya A Seriyasının qalibi olan “Milan”ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.
Hadisə komandanın sonuncu – XXXVIII turda “Sassuolo”ya 3:0 hesabı ilə qalib gəldiyi səfər oyunundan sonra baş verib.
57 yaşlı mütəxəssisin sözlərinə görə, medal çempionluğu bayram edərkən stadionda uğurlanıb: “Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır”.
Qeyd edək ki, “Milan” 11 ildən sonra ölkə çempionu olub. “Rossonerilər” son olaraq 2010/2011 mövsümündə bu uğura yiyələnib.(report.az)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]