Zelenski yeni beynəlxalq təşkilat yaratmağı təklif etdi

Ukrayna prezident Volodimir Zelenski dünyada aclığın qarşısını almaq üçün beynəlxalq təşkilat yaratmağı təklif edib. 

Aktualtv.az xəbər verir ki, o, bu barədə Davosda Dünya İqtisadi Forumunun iştirakçılarına xüsusi videomüraciətində bildirib.

Ukrayna liderinin sözlərinə görə, aclıq hələ başlamamış halda “yalnız profilaktik olaraq” dayandırılmalıdır.

“Amma indi dünyada belə bir vasitə yoxdur. Və biz insan hüquqlarına və qlobal ticarət qaydalarına hörmətlə hərəkət edə biləcək məsuliyyətli və demokratik ərzaq ixrac edən dövlətlərdən ibarət təşkilat yaratmağı təklif edirik. Və Ukrayna belə yeni təşkilat üçün platforma təqdim etməyə hazırdır”, – deyə Zelenski bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]