“Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir” – Emil Səməndərov

“Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət yeridilir, dövlətin və xalqın maraqları qorunur.
Bu da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsidir.

Beynəxalq maliyyə qurumlarının hesabatları da göstərir ki, Azərbaycanda xüsusən 2020-2021-ci illərdə iqtisadi artıma təsir göstərən amil işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır.

Eyni zamanda Biz ayrı-ayrı infrastruktur layihələrinə diqqət yetirsək, həmin layihələr həm müvəqqəti, həm də daimi iş yerlərinin yaradılmasına imkan yaradır. Nəzərə alsaq ki, bu ərazilərdə yenidənqurma işlərinin daha geniş miqyasda aparılması nəzərdə tutulur, bu, məşğulluğun artmasına daha çox təsir edəcək”.

Aktualtv.az xəbər verir ki, bu fikirləri iş adamı Emil Səməndərov deyib.

İş adamı vurğulayıb ki, hakimiyyətin düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm də siyasi olaraq təhlükəsiz və sabit bir məkana çevrilib:

“44 günlük Vətən müharibəsində əldə olunan Qələbə ilə Azərbaycan yeni inkişaf mərhələsi başlanmışdı. Regionun təhlükəsizliyini və iqtisadi cəlbediciliyini təmin edilməsi əsas strateji fakorlardan biridir.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika Zəngəzur dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir”.

Sonda iş adamı Emil Səməndərov Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşü barədə bu fikirləri bildirib:

“Dünən baş tutan üçtərəfli görüş regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir.

Bu görüş Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini bir daha sübut edir.

Azərbaycan qətiyyətli mövqeyini davam etdirir, prinsipial yanaşma ortaya qoyur və strateji hədəflərinə doğru addımlayır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]