Filippin prezidenti Putini sərt TƏNQİD ETDİ

Filippin prezidenti Rodriqo Duterte özünün “yaxın müttəfiqi” kimi qələmə verdiyi rusiyalı həmkarı Vladimir Putini Ukraynaya müdaxiləyə görə sərt şəkildə tənqid edib.
 Putini Ukraynada günahsız dinc sakinləri öldürməkdə günahlandıran Duterte “Mən cinayətkarları öldürürəm, uşaqları və qocaları öldürmürəm” deyib. 
Nazirlər Kabinetinin iclasında çıxış edən Duterte “Bir çoxları mənim və Putinin qatil olduğumuzu deyir. Amma mən cinayətkarları öldürürəm. Biz iki fərqli dünyanın insanıyıq”, – deyib. 
Duterte həmçinin Ukraynadakı müharibə səbəbindən Filippində də daxil olmaqla bir çox ölkədə neftin qiymətinin qalxmasını tənqid edib.
Ölkəsində narkotik qaçaqmalçılarına qarşı sərt davranışlarına görə tənqid hədəfinə çevrilən və son vaxtlar vəzifəsindən getməyə hazırlaşan Duterte daha əvvəl Putini “dostum” adlandırmışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]