Meymunçiçəyinə yoluxma halları artır

Meymunçiçəyi Afrika qitəsi ölkələrindən başqa, daha 15 ölkədə qeydə alınıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasında bildiriblər.

“Əlbəttə, COVID-19 pandemiyası dünyamızda yeganə böhran deyil… Biz iqlim dəyişikliyi, ədalətsizlik və geosiyasi rəqabətin qaynaqlandığı xəstəliklər, quraqlıq, aclıq və müharibələrin nəhəng birləşməsi ilə üzləşirik”, – deyə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

Meymunçiçəyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı və əzələ ağrısı daxil edilir. Qızdırma keçən kimi çox vaxt əvvəlcə üzdə, sonra bədənin digər hissələrinə, ən çox da ovuclara və ayaq altına yayılan səpgilər görünə bilər. Çox qaşınan ya ağrılı ola bilən səpgi dəyişir, müxtəlif mərhələlərdən keçir, qabıq bağlayır və nəhayət düşür. Yaralar köz bağlaya bilər.

İnfeksiya adətən özü-özünə keçir və 14-21 günə qədər davam edir.

Meymunçiçəyi ən çox Mərkəzi və Qərbi Afrikada rast gəlinir. Bu həftə ərazilərində xəstəliyin yayılmasını ABŞ, Kanada, İspaniya, Portuqaliya, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, Avstriya və Avstraliyanın səlahiyyətliləri təsdiq ediblər. Bütün dünyada 80-ə yaxın təsdiqlənmiş yoluxma halı qeydə alınıb, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aşkar edildiyi ölkələrin adını çəkmədən meymunçiçəyi şübhəsi olan daha 50 xəstədən danışır.

Təşkilat yoluxma hallarının sayının artacağı ilə bağlı xəbərdarlıq edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]