Moped sürücülərindən nə zaman vəsiqə tələb olunacaq? – DYP-dən AÇIQLAMA

Moped sürücüləri ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Aktualtv.az a açıqlamasında bildirib ki, hökümətdə bununla bağlı müzakirələr yekunlaşıb:

“Hələlik bununla bağlı qərar olmasa da, Daxili İşlər Nazirliyi tərəfindən verilən təkliflər müsbət qarşılanıb. Məsələ artıq hökümətdaxili proseduru keçib və Milli Məclisə göndərilib. Növbəti mərhələdə qanun layihəsi qanunverici orqan tərəfindən təsdiqlənməlidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, kiçik həcmli motorlu mopedlər, elektrovelosipedlər üçün qeydiyyat nişanının tətbiq olunması və onlardan A1 sürücülük vəsiqəsi tələb edilməsi nəzərdə tutulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]