Azərbaycan Ukraynaya 15 milyon avroluq yardım göndərib – Ceyhun Bayramov

“Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.

“Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri mövcuddur, burada söhbət iki böyük ölkə ilə olan hərtərəfli və yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən gedir. Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırıb və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayıb. Qeyd etmək istərdim ki, Azərbaycan dövlət başçısının hələ müharibənin ilk günlərində hər iki ölkənin başçısı ilə telefon danışıqları olub”, – nazir qeyd edib.

C.Bayramovun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur:

“Azərbaycan özü 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət kimi beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normalara əməl olunması tərəfdarıdır. Ona görə də, Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir”.

“Qeyd etmək istərdim ki, Azərbaycan Ukraynaya ilk humanitar yardım göstərən ölkələr sırasında olub. Bu günədək tərəfimizdən Kiyevə 15 milyon avroluq humanitar yardım göstərilib”, – nazir sözlərinə əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]