Şəkidə sel fəsadlar törədib

Şəkidə leysan fəsadlar törədib.

Aktualtv.az xəbər verir ki, mayın 24-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava Şəki rayonun Cəfərabad kəndi ərazisindən keçən Böyük Dəhnə çayında daşqına səbəb olub.

Daşqın nəticəsində çayın Cəfərabad kəndi ərazisindən keçən hissəsinin yaxınlığında yerləşən 5 evin həyətyanı sahəsinə və həyətdə olan köməkçi tikililərə sel suları dolub.

Daha iki yaşayış evinin birinci mərtəbəsinə sel suları dolub. 

Səhər saatlarından müvafiq qurum nümayəndələri əraziyə cəlb edilib.

Mülkü müdafiə qüvvələrinin əməkdaşları həyətyanı sahələrə dolmuş sel sularını nasoslar vasitəsilə ərazidən kənarlaşdırması prosesinə başlayıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]