Pasiyent Təşkilatlarının II Respublika Forumu keçirilib – FOTOLAR

Mayın 27-də  Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının II Respublika Forumu keçirilib.

Aktualtv.az xəbər verir ki, təbirdə dövlət qurumlarının rəsmiləri, pasiyent təşkilatları, media, ictimai liderlər və həkimlər iştirak etmişlər. Forumun açılışı nitqi ilə Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov çıxış edərək Pasiyent hüquqlarının təkmilləşdirilməsinə dair hazırlanan Bəyannamə haqda  məlumat verib və bu Bəyannamənin vacibliyini vurğulayıb.

Forum  Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Nehmət Rəhmanov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri  Anar İsrafilov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev çıxışları ilə davam edib. 

BDU-nun professoru, hüquq üzrə elmlər doktoru “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev çıxışı zamanı pasiyent hüquqlarının təkmilləşdirilməsinin vacibliyini vurğuladı və ətraflı şəkildə bu mövzu haqda məlumat verib.

Çıxış edən təşkilatlar Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov ,“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədr müavini Səriyyə Ağayeva, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova, “Yaşama Dəstək” İctimai Birliyinin sədri Elgül Hüseynquliyeva, “Talassemiya və digər Hemoqlobinopatiyalar” İctimai Birliyinin sədri İlahə Həsənli, “Spinal Muskulyar Atrofiyaya Qarşı Mübarizə” İctimai Birliyinin sədri Səməd Həsənli, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı, Pasiyent Təşkilatları II Respublika Forumunun məqsədi pasiyent təşkilatları ilə dövlət qurumlarının əməkdaşlığının möhkəmlənməsi, mövcud çətinliklər haqqında məlumatın verilməsi və gələcəyə olan fəaliyyət istiqamətləri  haqqında bəhs etdmişlər. 

 Çıxışlar zamanı Pasiyent Təşkilatları müxtəlif ağır gedişatlı infeksion və qeyri-infeksion irsi xəstəliklərdən ətraflı məlumat verərək aidiyyəti dövlət qurumlarının və medianın nəzərinə çatdırmışlar. 

Forumun sonunda rəsmilərin iştirakı ilə debatlar keçirilərək bir çox  vacib suallara aydınlıq gətirilib.

Qeyd edək ki, Ombudsman tərəfindən elan olunmuş 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çağırışına  Pasiyent Təşkilatları İttifaqının dəstək verir!

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]