Mübariz Mənsimov azərbaycanlı tələbələrlə görüşəcək – VAXTI VƏ YERİ 

Aktual TV xəbər verir ki, 2 iyun 2022-ci ildə saat 14:00-da Türkiyənin İstanbul şəhərində yerləşən “Palmali” Şirkətlər Qrupunun baş ofisində şirkətin prezidenti Mübariz Mənsimovla tələbələr arasında sertifikat və müqavilə imzalanması məqsədilə mərasim keçiriləcək. Bununla əlaqədar Mübariz Mənsimov tələbələri göstərilən vaxtda “Palmalinin” İstanbuldakı mərkəzi ofisinə dəvət edir.

Xatırladaq ki, “Palmali” Şirkətlər Qrupunun Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün elan etdiyi “Təqaüd Programı” üzrə seçim başa çatıb. Beləliklə, “Palmali”nin təqaüd verəcəyi 166 azərbaycanlı tələbənin adı artıq açıqlanıb. Qeyd edək ki, tələbələrin müraciətləri 15 mart – 31 aprel tarixlərində qəbul olunmuşdu. Azərbaycandan olan 1000 nəfərə yaxın tələbə təqaüd və təhsil haqlarının ödənməsinə kömək göstərilməsi, sosial vəziyyətlərinin çətin olması ilə bağlı şirkətə müraciət etmişdi. Belə ki, secilənlərin böyük əksəriyyəti Türkiyənin müxtəlif dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrdir. Vurğulamaq lazımdır ki, bu sosial layihə demək olar, hər il qardaş ölkənin müxtəlif təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələri əhatə edir.

Hazırki seçim əvvəlki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar, şəhid ailəsi üzvü olanlar, Qarabağ müharibəsi qazilərinin yaxınları və ağır maddi durumda olan ailələrin övladları arasında aparılıb.

Qeyd etmək lazımdır ki, “Palmali” təqaüdünü qazanan bir neçə tələbəyə şirkətdə təcrübə keçmək imkanı yaradılacaq. “Palmali” Şirkətlər Qrupu 2022-2023 tədris ili üçün təqaüd qazanan tələbələri təbrik edir və təhsillərini uğurla başa vurub vətənə faydalı və peşəkar mütəxəssis olmalarını arzu edir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]