Erməni nazir Qarabağla bağlı mövqeyini açıqlamaqdan çəkindi

“Mənim Qarabağla bağlı mövqeyim hökumətin proqramında öz əksini tapıb”.

Aktualtv.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan KİV nümayəndələrinin suallarına cavab verərkən deyib.

Məlumata görə, Pambuxçyan jurnalistlərin ““Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deyimi ilə razılaşıb-razılaşmadığı barədə suala cavabında deyib: “Mənim mövqeyim hökumətin proqramında əks olunub, hazırda aparılan danışıqlarla tam razıyam. Bu, mənim şəxsi mövqeyimdir. Düşünürəm ki, Fövqəladə Hallar Nazirliyi və nazir belə bir qiymətləndirmə aparmaq səlahiyyətində deyil”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]