Putin Rusiya KİV-ə müharibə haqqında yazmağı qadağan edib

Rusiya administrasiyası dövlət və hökumətyönlü KİV-lərin redaksiyalarında “100 günlük xüsusi hərbi əməliyyat mövzusunu təkrarlamamağı” və müharibənin müddətinə “diqqəti cəmləməməyi” qadağan edib. 

Bu barədə “Meduza” İnformasiya portalı məlumat yayıb. 

“Müharibə ilə bağlı tarixlərə diqqət yetirmək rusları işğalın məqsədləri və uğurları haqqında düşünməyə vadar edə bilər”, –  deyə KİV-də qeyd olunub. 

Bundan əlavə, Kreml işğalın üç aydan artıqdır ki, davam etdiyini “xatırlatmaq istəmir”, halbuki “Kiyevi üç günə ələ keçirmək” planlaşdırırdı. 

Kremlə yaxın mənbə qapalı rəy sorğularının nəticələrinə istinadən bildirib ki, bir çox ruslar artıq “xüsusi əməliyyat”ın uzandığına əmindirlər.

Xəbər verdiyimiz kimi, “Russian Field”in keçirdiyi sorğuya əsasən , rusiyalıların 50%-i Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarıdır. Əvəzində 39% Kremlin sülh danışıqlarına keçməli olduğunu deyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]aktualtv.az