“Formula 1″ə görə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İyunun 6-da gecə saat 01:00-dan etibarən “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Aktualtv.az a verilən məlumata görə, hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq.

BŞH-ın Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov bildirib ki, nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq: “Birinci zona yarış halqasının əhatə etdiyi İşərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Bu zonalarda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə BŞH-ya müraciət etməklə əldə edə biləcəklər”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]