“Metafizika” jurnalının yeni sayı (2022/2) işıq üzü görüb

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının sayca 18-ci nömrəsi işıq üzü görüb. Nəşrin bu sayında Azərbaycan dili ilə yanaşı başqa dillərdə də məqalələr yer alıb. Belə ki, jurnalda “Hüquq sistemlәrinin tәsnifatı”, “Androloji problemlərin yaranmasında psixoloji aspektlərin rolu”, “Seçim anlayışı, onun fərdi və ictimai cəhətləri”, “Beynəlxalq terrorizm və Azərbaycan Respublikası”, “Cinsi zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayanların məhkəmə-psixoloji ekspertizası”, “Nəhdə kontekstində İslam intellektual diskursu və müasir İslam reformizminin məsələləri”, “Argentina Respublikası Konqresinin Senatı və Deputatlar Palatasının 1915-ci ildə Türkiyədə törədilən “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi Qanunun qeyri-hüquqiliyinə dair”, “Qərb fəlsəfəsi və İslam teologiyasında şər probleminin məntiqi izahı (Qotfrid Leybnits və Fəxrəddin ər-Razinin baxışlarının müqayisəli təhlili)”, “XIX-XX əsr fəlsəfəsində tibbi etika problemləri” adlı məqalələr öz əksini tapıb.
Qeyd edək ki, müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın baş redaktoru dosent Ələddin Məlikovdur. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalələrin qəbul edildiyi jurnalda fəlsəfi, sosioloji, psixoloji, tarix, hüquq, siyasi elmlər, iqtisadiyyat, filologiya və pedaqogika tədqiqatlarına həsr edilən araşdırmalara yer verilir. Metafizika jurnalı “International Index Copernicus”, “İdeal Online”, “Ebsco”, “TEİ”, “CiteFactor”, “SID”, “Advanced Science Index”, “elibrary.ru” və digər nüfuzlu impakt faktorlu indekslərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasında da qeydiyyata alınıb.
Bu sayın məqalələrini buradan oxuya və yükləyə bilərsiniz:
http://metafizikajurnali.az/az/mundericat/94

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]