“Qarabağ Azərbaycandır!” Rəsm və İnşa müsabiqələri yekunlaşdı

Aktualtv.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə“Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İB “Sumqayıt ortaməktəblərində Zəfər tarixi ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsi çərçivəsində Rəsm və İnşa müsabiqələri yekunlaşdı.

Sumqayıt şəhərinin 5 orta məktəblərində 250 şagirdin iştirak etdiyi müsabiqələrin qalibləri və fəqlənənlər müəyyənləşdi.”Qarabağ Azərbaycandır !” Rəsm müsabiqəsinin qalibləri: 1 №li orta məktəbin 1c sinif şagirdi Fikrət Qambayev ,11 №li məktəbin 4r3 sinif şagirdi Əsmər İsmayıllı, 12№li məktəbin 4b sinif şagirdi Zəhra Əmiraslanlı,33 №li məktəbin 4e sinif şagirdi Nəzrin Vurduxanova və 10№li məktəbin 4c sinifşagirdi Damla Yaqubzadə, İnşa müsabiqəsinin qalibləri : 12 №li məktəbin 8c sinif şagirdi Xanlar Abbaszadə,33№li məktəbin 7a sinif şagirdi Yusif Abuşzadə, 1 №li məktəbin 8b sinif şagirdi Mədinə Cabbarlı,10 №li məktəbin 7c sinif şagirdi Məhəmməd Əmirli və 11 №li məktəbin 5a4 sinif şagirdi Leyli Cahangirli seçildilər, Qaliblərlə birgə hər iki müsabiqələrdə fərqlənən 20 şagird Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldı. Təşkilatın sədri Mətanət Zeynalova 5 məktəbin pedaqoji kollektivlərinin göstərdiyi təşkilatçılıq dəstəyinə görə təşəkkürnamə ilə təltif etdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]