2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq

Prezident İlham Əliyevin mayın 27-si Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.

Aktualtv.az xəbər verir ki, iclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub. 

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.

2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]