Üç futbolçu Azərbaycan millisindən QOVULDU

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) heyətində dəyişiklik olub.

Üç futbolçu – Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) – heyətdən kənarlaşdırılıb.

Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar. Əvəzində “Qəbələ” klubunun üzvü – qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoxlama oyunu keçirəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]