“Formula-1” Ağdamda keçirilsin – TƏKLİF

Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq:

“Ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı, ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik. Belə addımlardan biri “Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər. Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin “Formula-1” çiləsinə son verərdi.

Yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]