Rusiya ələ keçirdiyi ərazilərə KTMT sülhməramlılarını yerləşdirəcək?

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərinə, eləcə də Donetsk və Luqanska yerləşdirilməsinin mümkün olduğunu açıqlayıb.

“İstisna etmək olmaz ki, Ukraynanın azad edilmiş ərazilərində, “DXR” və “LXR”də KTMT ölkələrindən sülhməramlılara tələbat olacaq”, – deyə Kartapolov jurnalistlərə bildirib.

“Çətin ki, bəzi NATO ölkələrinin sülhməramlılar adı altında oraya daxil olmağa çalışması ilə razılaşaq”, – deyə komitə sədri əlavə edib.

Eyni zamanda, Kartapolov qeyd edib ki, hazırda orada sülhməramlıların olmasına ehtiyac görmür və “vəziyyətin özü buna imkan vermir”.

“Nə qədər ki, xüsusi hərbi əməliyyat davam edir, orada sülhməramlılar görünməyəcək və bütün vəzifələr həll olunana qədər belə davam edəcək, lakin nizamlanmanın münaqişədən sonrakı mərhələsində müxtəlif variantlar mümkündür. Ola bilsin ki, KTMT sülhməramlılarına tələb yaransın”, – deyə komitənin rəhbəri vurğulayıb.

Mənbə: İnterfaks

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]