Türkiyənin yeni kamikadze PUA-sı ilk dəfə nümayiş etdirilib

Türkiyə müdafiə sənayesi çərçivəsində hazırlanan yeni kamikadze pilotsuz uçuş aparatı Kargı ilk dəfə “EFES-2022 Təlimi” çərçivəsində nümayiş etdirilib. 

Aktualtv.az TurkicWorld -ə istinadən xəbər verir ki, Kargı Layihəsi Lentatek-in rəhbərliyi altında ASELSAN, TÜBİTAK SAGE və TEI ilə əməkdaşlıqda həyata keçirilir.

Kütləvi şəkildə istehsalına sayılı günlərin qaldığı Kargı PUA-ları TÜBİTAK-ın dəstəyi ilə yerli və milli resurslarla hazırlanır.

Qeyd edək ki, düşmənə məxsus hava məkanında uzun müddət uçaraq hava hücumundan müdafiə radarlarını bloklamağa məcbur edən təyyarə, üzərindəki RF axtarış və məhvetmə sistemi ilə hədəfi taparaq müvəffəqiyyətlə məhv edə biləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]