Bütün Rusiya universitetləri Boloniya sistemindən çıxarılıb

Rusiyanın bütün universitetləri Boloniya sistemindən çıxarılıb.

Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın Təhsil və elm nazirinin müavini Dmitri Afanasyev Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin “Müasir şəraitdə Rusiya Federasiyasında ali təhsil sisteminin inkişafı məsələləri” mövzusunda geniş iclasında çıxışı zamanı deyib.

Qeyd olunub ki, Rusiya Rektorlar İttifaqının müraciəti əsasında təhsil müəssisələrinin rəhbərlərinin imzalamasından sonra ölkənin təhsil təşkilatları faktiki olaraq Boloniya prosesindən kənarlaşdırılıb.

Bildirilib ki, 20 il ərzində Boloniya sistemindən istifadə etdikdə məlum oldu ki, bir sıra xüsusiyyətlər əvvəlcə qarşıya qoyulan məqsədlərə nail olmağa kömək etmir.

Rusiya Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov bildirib ki, Rusiya yaxın bir neçə ildə milli təhsil sisteminə keçə biləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]