İsveç Ukraynaya gəmi əleyhinə raketlər verəcək

İsveç Ukraynaya hərbi yardım üçün yeni vəsait ayırıb. 

Aktualtv.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdən Ukraynaya gəmi əleyhinə raketlərin və digər silahların tədarükü planlaşdırılır.

Bu barədə İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Ann Linde öz “Twitter” səhifəsində Ukraynaya yeni hərbi tədarüklər barədə məlumat verib:

“İsveç Ukraynaya gəmi əleyhinə raketlər, tank əleyhinə silahlar və 12,7 mm-lik tüfənglər, o cümlədən döyüş sursatları göndərəcək. Bu dördüncü dəstək paketinə Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı da daxildir. Ümumi məbləğ 95 milyon avrodan çoxdur”.

Ölkə hökuməti bu məlumatı təsdiqləyib. İsveç liderlərinin bəyanatına görə, “Robot 17” gəmi əleyhinə raket kompleksinin (RBS-17) Ukraynaya ötürülməsi planlaşdırılır. Ukraynaya 17 belə kompleksin gələcəyi gözlənilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]