“Nə istəyirsiniz məndən?!” – Şəfiqə Məmmədova

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qanunsuz parkinqin rəhbərlik etdiyi ittifaqa məxsus olması xəbərinə münasibət bildirib.

Aktualtv.az xəbər verir ki, Xalq artisti Modern.az-ın əməkdaşının qanunsuz parklanma barədə sualını belə cavablandırıb: “Mən məşğulam, nə istəyirsiniz məndən, hər şeyi bilirəm, sakit olun”.

Qeyd edək ki, Bakının Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında çoxillik ağaclar kəsilərək yerində qanunsuz parkinq yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığını, məsələnin Prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü açıqlayıb. Həmçinin bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]