AzTU-nun “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandaları ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandaları ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin əməkdaşları və tələbə-müəllim heyəti iştirak edib.

AzTU-nun rektoru Vilayət Vəliyev Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”in Azərbaycanda keçirilməsinin önəmindən danışıb. Rektor festivalın başlamasından bir gün öncə Türkiyənin “Baykar” şirkətinin texnoloji lideri, TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri, “Qarabağ” ordenli Selçuk Bayraktarın AzTU-nun qonağı olmasını və ona universitetin fəxri doktoru adının verilməsini xüsusi qeyd edib. Bildirib ki, müdafiə sənayesi üzrə dünyanın ən tanınmış mütəxəssislərindən olan Selçuk Bayraktarın AzTU-nun fəxri qonağı olması, tələbələrlə görüşü həm universitet, həm də ölkə üçün mühüm hadisə idi. Bu görüş, həmçinin universitetin gördüyü işlər və həyata keçirdiyi layihələrlə bağlı məsuliyyətini daha da artırıb.

“TEKNOFEST Azərbaycan”da  iştirak edən AzTU komandalarının uğurlarını qeyd edən rektor, növbəti “TEKNOFEST” festivallarında universitetin komandalarının daha böyük nailiyyətlər qazanacağına ümidvar olduğunu bildirib. Vilayət Vəliyev “TEKNOFEST Azərbaycan”da “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında ikinci yerə layiq görülən AzTU-nun “TwoDice Sabah”, “Robotexnika” müsabiqəsinin B kateqoriyasında üçüncü yeri tutan “Hi-Tech”, həmçinin “Robotexnika” müsabiqəsinin A kateqoriyasında ikinci olan AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandasını təbrik edib.

Sonra AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev “TEKNOFEST Azərbaycan”la bağlı universitetin gördüyü işlər, komandaların festivala hazırlıq prosesi və digər məsələlər haqqında geniş təqdimatla çıxış edib.

Tədbirin sonunda AzTU-nun “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandalarına sertifikat təqdim olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]