Bakıda qanunsuz parkinq yaradılan ərazidə səki bərpa edildi – FOTO

Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinqin sökülmə işləri başa çatıb.

Aktualtv.az xəbər verir ki, sözügedən ərazidə səki tam bərpa edilib. Həmin ərazidə yenidən ağac əkiləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Daha sonra parkinqin sökülməsinə başlanılmışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]