Bu rayonlarda qaz OLMAYACAQ

Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq. 

“Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə bağlı, 9 iyun saat 09:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan  “Ucar”, “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt”, “Zərdab” QPS-dən qidalanan “Zərdab”, magistral qaz kəmərindən qidalanan “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]