Norveç Ukraynaya 22 M109 zirehli haubitsa verib

Norveç hökuməti Ukraynaya 22 ədəd M109 özüyeriyən zirehli haubitsa təhvil verib.

Bu barədə Norveç hökuməti məlumat yayıb.

Bildirilir ki, avadanlıq, ehtiyat hissələri və 155 mm-lik sursat da daşınıb. Bundan əlavə, Norveç ukraynalı hərbçilərə M109-dan istifadə qaydalarını öyrədib.

“Ukrayna silahlı qüvvələri Qərbin dəstəyinə ümid edir və Rusiyanın hücumlarına qarşı çıxmaq üçün silah və texnikaya ehtiyac duyur. Ukrayna bu tip silahları xüsusi olaraq dəvət edib. Ukraynada müharibənin inkişafı indi onu göstərir ki, həm də daha ağır artilleriya və silah sistemlərinin ötürülməsi lazımdır”, – Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Qeyd edilir ki, artilleriya bölmələri artıq Norveçdən göndərilib. Təhlükəsizlik məqsədilə Norveç hökuməti bu silahların Ukraynaya təhvil verilməsini açıq elan etmək üçün fasilə verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]