Bakı metrosunda sərnişin siqaret çəkdi – Video

Metroda sərnişinlərdən biri siqaret çəkib.

Aktualtv.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, metropolitendə yeni qatarlardan birində orta yaşlı bir kişi sərnişin vaqonunun ortasında siqaret yandırır. Ətrafdakı xanım sərnişinlər yerlərindən duraraq oradan uzaqlaşırlar, digər iki sərnişin isə kişiyə yaxınlaşaraq siqaret çəkməsinin qarşısını almağa çalışır.

Metroda tütün məhsullarının istifadəsi qanunla qadağandır. Bu kimi hallar sadəcə qanun pozuntusu deyil, bütün sərnişinlər üçün həyati təhlükə yarada bilər.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu istiqamətdə araşdırma aparılır:

“Hadisənin nə zaman, hansı stansiyada, hansı vaqonda baş verdiyi aidiyyəti şöbə tərəfindən araşdırılır. Lakin paralel olaraq sərnişinlərimizin bu kimi hallarla qarşılaşdıqları zaman maşinist rabitəsi vasitəsilə maşinistlə əlaqə saxlayıb məlumat vermələri tövsiyə olunur. Eyni zamanda qatar stansiyaya girdiyi zaman həmin qayda pozan sərnişin və ya sərnişinlərə narahatlıq yaradan hər-hansı bir durum barədə metropoliten əməkdaşlarına və metro polisinə də məlumat vermələri arzuolunandır. Bu kimi hallarda bənzər problemlər daha tez müəyyənləşir və aradan qaldırılır. Sözügedən video ilə bağlı araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]