Sumqayıt şəhəri 29 saylı təmir tikinti tresti “Azəraqrartikinti” ASC-nin Şəki Sənaye Tikinti Məmulatları Filialını məhkəməyə verib.
Aktualtv.az xəbər verir ki 32gun.az xəbər verir ki, iddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılır.
Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqavilələri üzrə mübahisələrdir.
“Azəraqrartikinti” ASC 11 mart 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 229 400 AZN-dir. ASC-nin qanuni təmsilçisi Məmmədov Ramin Cümşüd oğludur.
Mediada gedən məlumatlara görə, ASC deputat Ağalar Vəliyevin nəzarətindədir. O, 1998-ci ildən şirkətə rəhbərlik edib. Deputat seçildikdən sonra formal olaraq rəhbərlikdən gedib. Amma şirkətin faktiki idarəçisi hələ də odur.










