Laçında yeni yarımstansiya tikilir – VİDEO

Kəlbəcərdən Laçına sıldırımlı dağlıq, qayalıq, meşəlik ərazidən keçməklə yüksəkgərginlikli elektrik xətti çəkilir.

“Azərenerji”dən Aktualtv.Az-a verilən məlumata görə, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün qurum tərəfindən genişmiqyaslı işlər həyata keçirilir.

Belə ki, 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından Laçın rayonunun Qorçu kəndinə 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilir.

Bəzi yerlərdə 2 200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xəttinin marşrutu üzrə xüsusi buzlaşma əraziləri də nəzərə alınmaqla hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılır. Ağır tonnajlı dayaqların daşınması üçün xəttin marşrutu üzrə yol salınmaqla yanaşı bütün maneələr dəf edilir. 110 kilovoltluq xəttin üzərindəki ildırım ötürücü trosun içərisində 24 damarlı fiber-optik kabellə internet xətti çəkilir. Paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1 800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir.

Laçında yeni tikilən rəqəmsal yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılacaq. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq və bunun üçün tikilməkdə olan idarəetmə binasında mikro-SCADA sistemi yaradılacaq. Yeni yarımstansiya Laçında tikiləcək Hava limanı, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə Laçında tikiləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]