Yasamal İcra Hakimiyyətinin nümayəndəsi jurnalistlərə rüşvət təklif etdi, telefonu oğurladı – VİDEO

Toplum TV-nin əməkdaşları iyunun 7-də Bakının Yasamal rayonunda məmur təzyiqi ilə üzləşiblər.

AMİA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Bildirilir ki, Elmlər Akademiyası metrostansiyası yaxınlığındakı dükanların zorakılıqla boşaldılmasına şahid olan müxbirlər hadisəni lentə alıblar. Jurnalistləri görən Yasamal Rayon icra strukturunun nümayəndələri nəinki söküntü barədə açıqlama verib, üstəlik özünü Vüsal kimi təqdim edən məmur jurnalistlərə prosesi işaqlandırmaması üçün rüşvət təklif edib.
Jurnalistlər isə rüşvətdən imtina edərək, məkandan uzaqlaşmağa çalışıb. Həmin an Vüsal adlı həmin şəxs qaçaraq jurnalistin telefonunu əlindən alıb. Telefonda səsyazma açıq olduğu üçün bundan sonra baş verənlər də qeydə alınıb.
https://ok.ru/videoembed/3417750964957

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]