Zabit Səmədov Venesuela prezidenti ilə görüşdü

Azərbaycanlı kikboksçu Zabit Səmədov Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb.

 59 yaşlı prezident həyat yoldaşı Siliya Floreslə birgə “Kuruluş Osman” serialının yaradıcı heyəti ilə görüşüb.

O, bu serialın sadiq tamaşaçısı kimi rəğbətini gizlətməyib və aktyorları yaxşı tanıdığını bildirib. Maduro Gəncə bəy rolunu oynayan Zabit Səmədovla da görüşüb və onu bəyəndiyini qeyd edib. Görüş zamanı zarafatlarından qalmayan, serial qəhrəmanlarının baş geyimini taxan Maduro daha sonra “Instagram” hesabında bu seriala baxmağı tövsiyə edib:

“Kuruluş Osman” serialının aktyorları ilə görüşə münasibətim. Mən sadiq fanatam! Əgər bu seriala baxmamısınızsa, onu çox tövsiyə edirəm”.

Qeyd edək ki, Nikolas Maduro dünən Türkiyədə rəsmi səfərdə olub. O, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Maduro daha sonra Afrikaya – Əlcəzairə səfər edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]