“Palmali” Şirkətlər Qrupu bu gün şəhid Adil İbrahimlinin adını daşıyan gəmini ilk səfərə yola salıb

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Adil İbrahimlinin atası Asəm İbrahimli və şəhidimizin mərd xanımı Nargül İbrahimova azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun fəxri qonaqları olublar. “Palmalinin” baş ofisində onları qarşılayan Mübariz Mənsimov ənənəvi olaraq Şəhid atasına və yoldaşına qızıldan hazırlanmış sikkə hədiyyə etdi.

O, bundan sonra şəhidimizin ailə üzvləri ilə bərabər Yalova şəhərində yerləşən tərsanəyə, gəmini yola salma mərasiminə gəliblər. Qonaqları gəmi və gəmi kapitanı ilə tanış edən Mübariz Mənsimovun təlimatına əsasən bütün gəmilərdə adını daşıdığı şəhidin şəkilləri ilə bəzədilmiş xüsusi guşə var. Şəkillərə baxdıqca, şəhidimizlə bağlı xatirələr canlandı, daha sonra şəhidlərimizin ruhuna dua oxundu.

Son təlimatlarını kapitana verəm şirkət rəhbəri Mənsimov onlara uğurlu yol və gəminin daşıdığı adın məsuliyyətini dərk etməyə cağırdı. Nəhəng gəmi sıvı maddələr daşımaq uçün nəzərdə tutulub. Dedveyt tutumu 7000 tona yaxın olan tankerin sənayedə misli-bərabəri yoxdur.

7 noyabr 2020-ci ildə Şuşada şəhid olan Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin həyat yoldaşı Nargül bunları dedi: “Mən gəminin göyərtəsində Adilin şəkilinə baxaraq bir tək bunu düşünürdüm: Görəsən, Adil bu dəqiqə bizi görür?”
Yaşından tez dolğunlaşan bu qadın öz zərif ciynində əvvəlcə igid qardaşı Eltonu dəfn edib, 3 gün sonra isə həyat yoldaşı Adilin formasını geyinərək onu son mənzilə ciynində yola salıb. Böyük faciədir, amma, eyni zamanda, böyük bir qürurdur. Şəhidin atası Asəm İbrahimlinin xeyir-duasından sonra gəmi ilk səfəri olan Ukraynaya doğru yola salındı. Havanın yağışlı olmasına baxmayaraq Adil İbrahimlini səfərə yola salmağa gələn yalnız ailə üzvləri deyildi. Türkiyədə yaşayan və igidimizlə fəxr edən həmvətənlilərimiz şəhidin ailəsini yalnız buraxmadı.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb. Şəhidimizin 2 övladı yadigar qaldı.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]