“Qarabağ” klubu ilə bağlı çəkilən filmin adı məlum olub

“Qarabağ” Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.

Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ekran əsəri “Qarabağ” FK 30 mövsüm səfərdə” adlanır.

Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin “Salnaməfilm” studiyasında istehsal olunur.

“”Qarabağ” FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq”, – qurumdan vurğulanıb.

Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]