“Qarabağ”ın ikinci mərhələdəki potensial rəqibləri müəyyənləşdi

Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ın yarışın ikinci təsnifat mərhələsindəki 3 potensial rəqibi bəlli olub.

Bu gün keçiriləcək püşkatma mərasimində Ağdam təmsilçisi, birinci mərhələdə olduğu kimi “səpələnmişlər” səbətində yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

“Qarabağ”ın ikinci mərhələyə adlayacağı halda qarşılaşacağı 3 potensial rəqib: 

“Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi

“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Sürix” (İsveçrə)

Qeyd edək ki,ikinci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.

“Lex” (Polşa) –  “Qarabağ”  cütünün məğlubu Konfrans Liqasının II təsnifat mərhələsində bu komandalardan biri ilə qarşılaşacaq:

“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) cütünün məğlubu

“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu

“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya) cütünün məğlubu

“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta) cütünün məğlubu

“Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütünün məğlubu

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]