Üç Avropa ölkəsinin prezidenti Ukraynaya getdi – YENİLƏNİB

Fransa, Almaniya və İtaliya liderləri – Emmanuel Makron, Olaf Şolts və Mario Draqi Ukraynaya səfər ediblər. 

Bu barədə İtaliyanın “RaiNews24” telekanalı məlumat verib.

Telekanal həmçinin siyasətçilərin qatarda masa arxasında qeyri-formal şəraitdə müzakirə apardıqlarının fotosunu da yayımlayıb. 

00:14

Fransa, Almaniya və İtaliya liderləri – Emmanuel Makron, Olaf Şolts və Mario Draqi iyunun 16-da Ukraynaya səfər edəcəklər.

Avropa liderlərinin Kiyevə gəlişini Avropa İttifaqının yüksək rütbəli diplomatları və rəsmiləri də təsdiqləyib.

Dövlət və hökumət başçıları Avropa Komissiyasının Aİ-yə namizədlik statusu ilə bağlı qərarını açıqlamadan öncə dəstək ifadə etmək üçün Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Avropalı diplomatların fikrincə, Avropa Komissiyasının Ukraynaya namizəd statusunun verilməsini tövsiyə edəcəyi gözlənilir.

Mənbə: “Financial Times”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]