Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb – SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər – əsas yolda sıxlıq;

3. Binəqədi şosesində – mərkəz – “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq;

4. Ziya Bünyadov prospektində – Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində, eyni zamanda Xutor dairəsi ilə kəsişmədən “Koroğlu” metrosu istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq;

5. Tbilisi prospektində, “20 Yanvar” dairəsindən Akademik Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq;

6. Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq;

7. Aeroport şosesində, Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

8. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]