Mehdiyevin gəlini öz bankına 2 milyon borc verdi

Bank BTB ASC-nin bir qədər əvvəl tədavülə buraxdığı 2 milyon manatlıq istiqrazların alıcısı məlum olub.

Aktualtv.az Report-a istinadən xəbər verir ki, bu, Bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyevadır.

Xatırladaq ki, nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Onlara cəmi 1 investor qiyməti 1 000 manat (9%), ümumi məbləği isə 2 milyon manat olan 1 sifariş təqdim edib.

Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər 1 aydan bir ödəniləcək. Prosesin anderrayteri BTB Kapital İnvestisiya Şirkəti ASC-dir.

“Bank BTB” daha 3 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. Həmin qiymətli kağızları da Bankın əsas səhmdarı əldə edəcək.

Qeyd edək ki, HİT.az saytı bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin gəlini olduğunu yazıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]