Ələt-Astara yolunda ağır qəza, yaralıların sayı 20-yə çatdı – Fotolar+Yenilənib

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Aktualtv.az “Report”a istinadən xəbər verir ki, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, “Mercedes” və “Hundai” markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən “Hundai” markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.

Cəlilabad rayon mərkəzi xəstəxanasına 6,  Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib. 

Yaralılara ilkin tibbi yardım göstərilir. 

Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]