“İndi AZAL-ın ağzı isti yerdədir” – İqtisadçı

“AZAL monopolist şirkət olduğundan, ya özəlləşdirilməli, ya da yerüstü xidmətlər ondan tamamilə alınmalıdır”.

Bunu “Unikal”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, dövlət hələ özəlləşməyə getməyəcək:

“Çox böyük yatırımlar edilib, təyyarələr alınıb və s. Yerüstü xidmətlər isə AZAL-ın törəmə şirkətlərindədir. Paralel olaraq xarici şirkətlərin birbaşa bazara daxil olması ilə AZAL-ın maneəçiliyinin aradan qaldırılması mümkündür. Bu, tez bir zamanda həyata keçirilə bilər”.

Ekspert qeyd edib ki, xarici şirkətlərin gəlməsi rəqabətli mühiti artıracaq:

“Bu isə AZAL-ı qiymətləri aşağı salmağa və yaxşı işləməyə məcbur edəcək. İndi AZAL-ın ağzı isti yerdədir. Belə ki, dotasiya verilir, dövlət hesabına təyyarələr alınır. Bazarda tək olduğu üçün istədiyi qiyməti diktə edə bilir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]